Ermənistan Türkiyə ilə imzalamış protokolları ləğv etdi
01
mar
2018
18:31
Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokollarının ləğv olunduğunu elan edib.BAKU.WS erməni KİV-nə istinadən xəbər verir ki. Serj Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında protokolların etibarsız hesab olunduğunu bəyan edib.Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması haqqında protokollar 2009-cu il oktyabrın 10-da XİN rəhbərləri arasında imzalansa da, parlamentlərdə ratifikasiya olunmamışdı.Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildə dayandırılıb.BAKU.WS
Oxşar xəbərlər
Sarkisyan qarabağlı diplomatla Azərbaycan dilində danışdı
Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Ser...