Ermənilər Xankəndidən belə qaçır: "Azərbaycanlılar gəlir" - VİDEO

Sentyabrın 27-də düşmənin təxribatlarından sonra dağlıq Qarabağda başlayan döyüş əməliyyatları davam edir.
Azərbaycan ordusunun addım-addım irəliləməsindən qorxuya düşən ermənilər döyüş postları kimi, işağl altında olan şəhərlərimizdən də kütləvi surətdə qaçmağa başlayıblar. BAKU.WS-in məlumatına görə, ötəngünkü əməliyyatlardan sonra Xankəndidən də qaçış sürətlənib.
Şəhərdə məskunlaşdırılan yüzlərlə ailə hər şeyini toplayaraq avtobuslarla Ermənistan istiqamətində üz tutur. Xankəndidə olan rusiyalı jurnalistlər bu barədə məlumat veriblər. Məlumata görə, şəhərdəki bütün mağazalar, kafelər, ictimai iaşə obyektləri qapılarına qıfıl vurublar. Rabitə yoxdur. Küçələrdə insanları nadir hallarda görmək mümkündür.
Şəhərdən qaçan ermənilər Azəərbaycan ordusunun müasir silahlarından qorxduqlarını və heç nəyə görə ölmək istəmədiklərini deyiblər. "Azərbaycanlılar gəlir. Onlar qayıdıb burada yaşayacaqlar. İndi 92-ci il deyil".
Oxşar xəbərlər
Artıq 20 min erməni Qarabağı tərk edib
Azərbaycan Ordusunun üç istiqamətdə apardığı şiddətli döyüşlər Ermənistanda və separatçıların nəzarətində olan ərazilərdə ciddi təşvişə səbəb olub. Ordumuzun hə...
