Azərbaycan Ordusu ermənilər tərəfindən atəşə tutuldu, cavab ATƏŞİ AÇILDI

Azərbaycan Ordusu ermənilər tərəfindən atəşə tutuldu, cavab ATƏŞİ AÇILDI
Siyasət 441

İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Son xəbərlər