Şuşa ətrafındakı mövqelərimiz atəşə tutulub, cavab atəşi açılıb - RƏSMİ

Şuşa ətrafındakı mövqelərimiz atəşə tutulub, cavab atəşi açılıb - RƏSMİ
Siyasət 797

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Son xəbərlər