Ermənilər Azərbaycan və Türkiyəyə qarşı təxribatı bu dəfə Gürcüstanda törətdi - FOTO

Gürcüstanın erməni icmasının üzvləri paytaxt Tbilisinin mərkəzində qondarma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçirirlər.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Filarmoniya binasının qarşısında toplaşan aksiyaçılar Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar.
Belə ki, onlar əllərində Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində erməni separatçılarının yaratdığı qondarma rejimin “bayraq”larını da tutublar. Bununla yanaşı, aksiyada Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və "Ararat Ermənistanın ən hündür dağıdır" sözlərinin yazıldığı plakat da qaldırıblar.
Aksiyaçılar Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüş etməyi planlaşdırırlar.
Qalereya
Oxşar xəbərlər
Kanadada azərbaycanlıların erməni təxribatına etiraz yürüşündə ermənilər təxribata əl atdı - FOTO
İyulun 26-da Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxriba...
