Kanadada azərbaycanlıların erməni təxribatına etiraz yürüşündə ermənilər təxribata əl atdı - FOTO
İyulun 26-da Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxribatına etiraz əlaməti olaraq izdihamlı nümayiş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, "Vancouver Art Gallery" meydanına toplaşan azərbaycanlılar və burada yaşayan türklər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq dövlətimizə və ordumuza dəstək olduqlarını nümayiş etdiriblər.
Nümayişçilər bildiriblər ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması, erməni təxribatlarının dayandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın işğalçılıq siyasətinə cəlb edilməsi üçün səslərini qaldırıblar.
Aksiyanın Kanadanın qanunları çərçivəsində, icazəli şəkildə keçirilməsinə baxmayaraq, nümayişçilər son anda burada da ermənilərin təxribatı ilə üzləşib.
Erməni quldurları meydana gələrək aksiyaya mane olmağa cəhd göstəriblər. Vankuverin azərbaycanlı icması erməni təxribatı ilə bağlı Kanada dövlətinə müraciət edib və aksiyanın keçirildiyi yerdə polislərin sayı daha da artırılıb. Aksiya insidentsiz başa çatıb.
Qalereya
Oxşar xəbərlər
ABŞ-da ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var - VİDEO
ABŞ-da erməni yalanlarına qarşı növbəti etiraz aksiyası təşkil olunub. BAKU.WS xəbər verir ki, Los Ancelesdə yaşayan erməni daşnakları 21 iyul 2020-ci il tarix...