Erməni qadınların davası: “Azərbaycanlılar heç kimə toxunmurlar” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Azərbaycanla sərhəd ərazilərində əhali təşviş içində yaşayır və bu vəziyyətdə baş nazir Nikol Paşinyanı günahlandırır. Amma onun tərəfdarları da az deyil və gərginliyin səngiməməsində Qarabağ separatşılarını rolunu qabardır.
“Bizim həyatımız təhlükəli hala gəlib. Paşinyan indi bu barədə düşünməlidir”, - deyə yerli bazarda məhsul satan yaşlı erməni qadın şikayətlənir.
“Sən Paşinyana toxunma! O, yer üzündə ən yaxşı və ən ədalətli insandır. Azərbaycanlılar heç kimə toxunmurlar. Burada həqiqətən də belə təhlükəlidirsə, onda mən burada necə işləyirəm?”- digər satıcı Paşinyanın müdafiəsinə qalxıb və dərhal da Ermənistanın acınacaqlı durumunun əsl səbəbkarlarının adını çəkib.
Satıcının sözlərinə görə, erməni xalqının müsibətlərində Qarabağ separatçıları günahkardır. “Hər şeydə bu Qarabağlılar günahkardır.
Onlara görə həyatımız əsl cəhənnəmə çevrildi. Onlar Qarabağdan qaçdılar və bu gün İrəvanda oturublar. Bəsdir artıq! Nə qədər olar?
Övladlarımız onlara görə müharibədə həlak olublar. Onlar isə burada bizdən mənzil tələb edirlər”, - deyə qadın olduqca emosional halda vurğulayıb.
Ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...