Erməni nazir Lavrovla danışdı, təcili yardım çağırmalı oldular
25
may
2019
15:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon söhbətindən sonra Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyanın halı gözlənilmədən pisləşib.Bu haqda Ermənistan KİV məlumat yayılıb.İnsident ötən həftə baş verib. Ermənistanlı diplomatın halının dəyişməsi ilə əlaqədar XİN əməkdaşları təcili tibbi yardım çağırmalı olub.Nazirliyə gələn həkimlər tibbi yardım göstərib. Məlum olub ki, Lavrovla söhbətindən sonra erməni nazirin arterial təzyiqi kəskin şəkildə qalxıb.KİV-də verilən xəbərlərə görə, Rusiya və Ermənistan XİN-i arasında olduqca gərgin telefon söhbəti olub.“Telefon söhbətinin digər təfsilatları məlum olmasa da, söhbətin nazirin arzu etdiyi şəkildə getmədiyi aydındır”, - deyə erməni mediası yazır.
Oxşar xəbərlər
Elmar Məmmədyarov erməni qadınları gülə-gülə "bağladı" – VİDEO
Xarici işlər naziri Elmar Məmmədyarovun təyyarədə erməni qadınlarla söhbətinin video görüntüləri yayılıb.BAKU.WS xəbər verir ki, video təyyarədə çəkilib. Bildir...