Erməni KİV: İrəvan Dilqəm və Şahbazı Azərbaycana təhvil verməyə hazırdır

Erməni KİV: İrəvan Dilqəm və Şahbazı Azərbaycana təhvil verməyə hazırdır
Siyasət 243

İrəvan tərəfi Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi əsir və girovların mübadiləsi çərçivəsində Azərbaycana təhvil verməyə hazırdır.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı Ermənistanın “politik.am” saytı məlumat yayıb.

Nəşr yazır ki, bununla bağlı Ermənistan baş naziri Nikol Paşinyan çıxışlarından birində buna eyham vurub.

Paşinyanın rəsmi nümayəndəsi Mane Qerqyan nəşrin məsələ ilə bağlı sualını cavabsız qoyub.

Son xəbərlər