Ərdoğanla Zelenski arasında danışıqlar aparılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Türkiyə Prezidenti Administrasiyasından verilən açıqlamaya görə, söhbət zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.
Prezident Ərdoğan diplomatik həll variantının hər şəraitdə aktual olaraq qaldığını ifadə edərək, danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduqlarını bildirib.
Dövlət başçısı Bartında baş verən mədən partlayışı ilə bağlı başsağlığına görə Ukrayna Prezidentinə təşəkkür edib.
Mənbə: Haber Global
Oxşar xəbərlər
Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar: "Betərin də betəri olurmu?" - FOTO
Ötən gün Türkiyənin Bartın vilayətində daş kömür mədənində partlayış baş verib. Amasra bölgəsində yaşanan bədbəxt hadisə zamanı həlak olan işçilərin sayı 40-a ç...