Ərdoğan və Zelenski arasında telefon danışığı oldu
Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında telefon danışığı olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, danışıq zamanı Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam etdiklərini bildirib.
Ukrayna ilə Rusiya arasında danışıqlar masasının açıq saxlanılmasının lazım olduğunu bildirən Ərdoğan İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını vurğulayıb.
Oxşar xəbərlər
Ukrayna, Rusiya və Türkiyə Odessa limanından taxıl ixracı sxemini razılaşdırdı
Ukrayna, Rusiya və Türkiyə taxıl daşıyan Ukrayna gəmilərinin Odessadan çıxmasının ilkin sxemi barədə razılığa gəliblər. BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir...