Ərdoğanın Laçında qarşılanma mərasimi olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçında qarşılama mərasimi olub.
"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Laçın beynəlxalq aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
R.T.Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.
***11:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.
***10:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən Azərbaycanın Laçın şəhərinə yola düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
Oxşar xəbərlər
"Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir"
Səhiyyə sisteminin inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının...