Ərdoğan serbiyalı həmkarı və Kosovanın Baş naziri ilə danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiç və Kosovanın Baş naziri Albin Kurti ilə telefonla danışıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.
İkitərəfli münasibətlərin və regional məsələlərin də müzakirə olunduğu telefon danışıqlarında Türkiyənin dövlət başçısı Kosovanın şimalında baş verənlərlə bağlı bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolunun dialoq prosesində irəliləmək olduğunu bildirib.
Ərdoğan Türkiyə olaraq dialoq prosesinə öz töhfələrini verməyə hazır olduqlarını bildirib.
Oxşar xəbərlər
Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİR + FOTO-VİDEO
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın p...