Ərdoğan İran xalqına başsağlığı verdi - FOTO
03
yan
2024
18:49
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda bu gün baş verən terror aktlarında həyatını itirənlərə görə ölkə xalqına başsağlığı verib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı öz mesajını “X” sosial media platformasında yayımlayıb.
“İranın Kirman vilayətində törədilən mənfur terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş İran xalqına başsağlığı verirəm”, - Ərdoğan qeyd edib.
Oxşar xəbərlər
Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİR + FOTO-VİDEO
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın p...