Ərdoğan: "İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq".
BAKU.WS xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük işlər görüləcək. Bu işlər çərçivəsində həm dəmir yol xətləri, həm də avtomobil yolları çəkiləcək.
“30 ilə yaxın davam edən işğaldan sonra azad edilən bölgələrdə kənd təsərrüfatı istehsalı müasir üsulla həyata keçiriləcək.
İnanıram ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri tezliklə bölgədə nümunəvi istehsal mərkəzinə çevriləcək.
Ağıllı kənd təsərrüfatı layihəsi ilə bağlı araşdırmalar aparılıb və bu istiqamətdə intensiv işlər görülür. İnşallah, Füzulidən İstanbula gediş-gəliş də olacaq. Yolların tikintisi ilə bağlı işlər davam etdirilir. Türkiyə podratçı şirkətləri gərgin işləyirlər”, - deyə Ərdoğan vurğulayıb.
Oxşar xəbərlər
Zəngilanın Ağalı kənd sakinləri “Ağıllı kənd”də aparılan işlərlə tanış olub - FOTO
Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində tikinti-quruculuq işləri davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Na...