Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi - VİDEO

Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi - VİDEO
Video
Siyasət 595

“Əziz qardaşım İlham Əliyevin Fransaya bir tövsiyəsi var. O deyib ki, erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər. Mən də eyni məsləhəti verirəm”.

“HaberGlobal”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscid muzeyində çıxış edərkən bildirib.

O, həmkarı Emmanuel Makronu Fransanın başına bəla adlandıraraq onun rəhbərliyi altında ölkənin çox təhlükəli dövr yaşadığını vurğulayıb.

“Ümid edirəm ki, Fransa Makron bəlasından qurtulacaq. “Sarı jiletlər” “qırmızı jiletlər”ə çevrilə bilər. İdarə olaraq hansı qərarı verəcəklərini görəcəyik”, - deyə o bildirib.

R.T.Ərdoğan həmçinin Minsk Qrupunun Qarabağ məsələsində vasitəçilik roluna da toxunub və qeyd edib ki, Fransa artıq vasitəçilik rolunu itirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının Dağlıq Qarabağın “müstəqilliyini tanıması” ilə əlaqədar hökumətə çağırışına münasibət bildirərkən Parisə “çox istəyirsə, Marseli ermənilərə vermələrini” təklif etmişdi.

Son xəbərlər