Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycanla sərhəddə Tovuz istiqamətdə atəşkəsi kobud şəkildə pozmasını qınayıb.
BAKU.WS “HaberGlobal”a istinadən xəbər verir ki, o, Türkiyənin bütün imkanları ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.
Ərdoğan Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan azərbaycanlı hərbçilərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
O, son hücumun Dağlıq Qarabağ istiqamətində deyil, münaqişədən kənar olan Tovuz rayonu istiqamətdə həyata keçirilməsi və ağır silahlardan istifadə edilməsini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...