Ərdoğan Consonla Ukraynanı müzakirə etdi

Ərdoğan Consonla Ukraynanı müzakirə etdi
Siyasət 113

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə - Birləşmiş Krallıq münasibətləri, eləcə də regional məsələlər, xüsusilə də Rusiya – Ukrayna münaqişəsi müzakirə edilib.

Ərdoğan atəşkəs və müharibənin dayandırılması üçün səylərini davam etdirdiklərini bildirib.

O, həmçinin Türkiyənin terrorla mübarizədə NATO müttəfiqlərindən səmimi dəstək gözlədiyini bir daha vurğulayıb.

Son xəbərlər