Ərdoğan: “Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistanla da münasibətləri ən yaxşı şəkildə qoruyub saxlayır və əlaqələri gələcəkdə də davam etdirəcək.
Ərdoğanın sözlərinə görə, rəsmi Ankaranın türkdilli dövlətlərlə əlaqələri gündən-günə artır. Bu, mümkün olan ən yaxşı yoldur.
“Başda Azərbaycan olmaqla heç bir ölkəni heç bir zaman tək qoymamışıq, tək qoymayacağıq”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğan qeyd edib ki, Ankara təkcə türkdilli ölkələr deyil, cənubdakı Liviya ilə əlaqələrdə də dinclik üçün əlindən gələni edir.
Oxşar xəbərlər
Tacikistanla sərhəddə yaralanan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb
Tacikistanla-Qırğızıstan sərhədində baş verən toqquşmalar zamanı xeyli Qırğızıstan vətəndaşı xəsarət alıb. BAKU.WS "24.kg" xəbər agentliyinə istinadən xəbər ver...