Tacikistanla sərhəddə yaralanan Qırğızıstan vətəndaşlarının sayı 103-ə çatıb

Tacikistanla-Qırğızıstan sərhədində baş verən toqquşmalar zamanı xeyli Qırğızıstan vətəndaşı xəsarət alıb.
BAKU.WS "24.kg" xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında səhiyyə müəssisələrinə qəbul edilən zərərçəkənlərin sayı 103 nəfərə çatıb.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyindən bildirilib. Xəsarət alanların xeyli hissəsinin bədənlərində qəlpə və güllə yaraları var.
Məlumat üçün bildirək ki, münaqişəli tərəflər arasındakı qarşıdurma ilk dəfə sentyabrın 14-də baş verib. Hər iki ölkənin sərhədçiləri arasında atışma olub. Tacikistanla-Qırğızıstan arasındakı gərginlik günlər keçdikcə intensivləşməyə başlayıb. Bundan əvvəl isə 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı bildirilib.
Oxşar xəbərlər
Qırğızıstan-Tacikistan sərhədində atışma
Qırğızıstan və Tacikistan sərhədində silahlı insident baş verib. BAKU.WS “TASS”a istinadən xəbər verir ki, hər iki ölkənin sərhədçiləri arasında atışma olub. M...
