Ərdoğan Azərbaycana təşəkkür etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana həyata keçirdiyi uğurlu işlərə görə təşəkkür edirəm.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.
"Xəzərə çıxışı təmin edən Beynəlxalq Orta Dəhliz vacib rol oynayır. Sərmayələri və ticarət dövriyyəsini artırmalı, tariflərlə bağlı problemlər aradan qaldırılmalıdır.
Beynəlxalq kombinə edilmiş yük daşımaları sazişini dərhal imzalamalıyıq. Bu baxımdan, Naxçıvana açılan dəhlizin faydası olduqca önəmlidir. Bu dəhlizdən bütün region dövlətləri yararlanacaq", - deyə R.T.Ərdoğan bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...