Ərdoğan Azərbaycana səfər edəcək
25
apr
2025
23:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana gələcək.
Bu barədə "A Haber" məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə liderinin may ayı üçün nəzərdə tutulmuş proqramında Azərbaycana səfər də var.
Bundan başqa, Ərdoğan aprelin 29-da IV Hökumətlərarası Zirvə Görüşündə iştirak məqasədilə İtaliyaya gedəcək. Mayın 3-də Şimali Kipr Türk Respublikasında təşkil olunan TEKNOFEST-də iştirak edəcək. İyunda isə onun ABŞ-nin paytaxı Vaşinqtona gedəcəyi gözlənilir.
Oxşar xəbərlər
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 10 nəfər saxlanılıb
Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə...