Əli Əsədov Misirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında olub.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.
Ə.Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub.
Baş nazir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və respublikamızın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər.
Qalereya
Oxşar xəbərlər
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Ukraynaya dəstəyə, humanitar yardıma, ukraynalı uşaqların reabilitasiya proqramlarına və ölkənin suverenliyinə, əraz...