Əli Əsədov etimada görə İlham Əliyevə təşəkkür etdi - FOTO
08
okt
2019
12:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin oktyabrın 8-də keçirilən iclasında Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib.BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib.Müzakirələrdən sonra çıxış edən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb:“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub”.
Qalereya
Oxşar xəbərlər
“Bu təyinatdan sonra kifayət qədər islahatlar həyata keçiriləcək” - Siyavuş Novruzov
“Bu gün aparılan sosial-iqtisadi islahatlar tələb edir ki, çevik siyasət həyata keçirilsin”BAKU.WS Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əsədov Əli...