Baş nazir postuna namizədin adı məlum oldu
08
okt
2019
09:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il oktyabrın 8-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. Gündəlikdə Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq. Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinə görə Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.Şahin
Oxşar xəbərlər
Deputatlar bu gün yenə Milli Məclisə toplanacaq
Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.BAKU.WS xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.İ...