Əhəd Abıyevin qardaşının yerinə təyinat
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı rayon İcra Hakimiyyətində yeni təyinat olub.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Məmmədhüseyn Hüseynov icra başçısı Şahin Məmmədovun birinci müavini təyin edilib. Məlumatı saytımıza açıqlamasında M.Hüseynovun özü də təsdiqləyib.
Qeyd edək ki, 39 yaşlı Hüseynov bu təyinata qədər Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, eyni zamanda YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri olub.
Xatırladaq ki, bunadək Masallı Rayon İcra hakimiyyətinin Başçısının birinci müavini Nadir Abıyev olub. O, bu ilin martında pensiya yaşı çatdığı üçün işdən çıxarılmışdı. N.Abıyev Daşkəsənin İcra Başçısı Əhəd Abıyevin qardaşıdır.
Oxşar xəbərlər
Prezidentin köməkçisi Hikmət Hacıyev 74 QHT rəhbəri ilə onlayn görüş keçirib
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və m...