Sofi Loren xəstəxanaya yerləşdirilib

Sofi Loren xəstəxanaya yerləşdirilib
Siyasət 2

Dünyaca məşhur aktrisa 89 yaşlı Sofi Loren xəstəxanaya yerləşdirilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun sentyabrın 26-da Bari şəhərində açacağı "Sophia Loren Restaurant" müəssisəsindən bildiriblər.

Məlumata görə, aktrisa Cenevrədəki evində yıxılıb.

Dərhal xəstəxanaya yerləşdirilən 89 yaşlı ulduzun ombasında sınıq aşkarlanıb və əməliyyat olunub.

Akrisanın əməliyyatı uğurla keçib.

Qeyd olunur ki, Sofi sentyabrın 26-da İtaliyanın Bari şəhərində İtaliyada dördüncü olan onun adına restoranın açılış mərasimində də iştirak etməli idi.

Son xəbərlər