Əfqanıstan prezidentinin ölkədən qaçarkən oğurladığı pulun miqdarı AÇIQLANDI

19
avq
2021
08:07
Əfqanıstan Prezidenti Əşrəf Qəninin ölkədən qaçarkən külli miqdarda pul aparması təsdiqlənib.
BAKU.WS xəbər verir ki, bu iddia ilə Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zəhir Əkbər çıxış edib.
Onun sözlərinə görə, Əfqanıstandan qaçan prezident Əşrəf Qəni xəzinədən 169 milyon dollar oğurlayıb.
Səfir Ə.Qəninin qaçmasını və pulları oğrulamasını dövlətə və millətə xəyanət adlandırıb:
"Ölkə konstitusiyasına uyğun olaraq prezidentin olmaması, qaçması və ya ölümü halında onun vəzifələrini birinci müavin yerinə yetirəcək. Buna görə indi Əmrullah Saleh dövlət başçısıdır".
Oxşar xəbərlər
Əşrəf Qani: “Ölkəni bir köynəkdə, çalmada və ayaqqabıda tərk etdim”
Əfqanıstan prezidenti vəzifəsindən istefa verən Əşrəf Qani ölkəni tərk edərkən özü ilə pul götürmədiyini iddia edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki,...