"Taliban": Əşrəf Qəni Əfqanıstandan qaçarkən özü ilə 60 mln. dollar götürüb
"Taliban"ın mətbuat nümayəndəsi Əbdul Hak Həmmad "Tolo news TV"də qadın aparıcıya açıqlamalar verib.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Həmmad zaman keçdikcə ölkədə təhlükəsizliyin daha çox artırılacağını bildirib.
""Taliban" bütün hökumət işçilərindən, nazirlər və sədrlər xaric işlərinə qayıtmalarını istəyir. Son 20 ildə ölkəni talayanlar, yadlara satanlar və ölkəyə xəyanət edənlər qorxur, ya da qaçdı. Əvvəllər küçələrdə 4-dən sonra gəzə bilmirdiniz, amma indi Əfqanıstanda günün 24 saatı gəzə bilərsiniz. Bu böyük dəyişiklikdir", - deyə sözçü bildirib.
Həmmad onu da qeyd edib ki, sabiq prezident Əşrəf Qəni ölkədən qaçarkən özü ilə 60 mln. dollar götürdüyünü, 40 mln. dolları isə Kabil hava limanında tərk etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Əfqanıstan Prezidenti ölkədən qaçarkən görün nə daşıyırmış
Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədən qaçarkən vertolyotla külli miqdarda pul aparıb. BAKU.WS xəbər verir ki, bu barədə TASS Rusiyanın Kabildəki səfirliyinə...