EBRD Azərbaycanda elektrobus parklarının inkişafı layihəsini maliyyələşdirməyə hazırdır
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda elektrobus parklarının inkişafı layihələrinin maliyyələşdirilməsində maraqlıdır.
BAKU.WS xəbər verir ki, bunu "Report"a müsahibəsində EBRD-nin "Yaşıl şəhərlər" proqramının rəhbəri Lin O'Qreydi deyib.
"Bank Batumi, Səmərqənd və Bişkekdə elektrikli avtobus parklarının inkişafı layihələrini artıq uğurla maliyyələşdirib. Buna görə də EBRD analoji təşəbbüslərin Azərbaycanda da həyata keçirilməsində çox maraqlı olardı.
Bununla yanaşı, infrastrukturun inkişafının nəqliyyat vasitələrinin satın alınması ilə eyni vaxtda baş verməsi son dərəcə vacibdir. Müvafiq enerji doldurma stansiyaları şəbəkəsi yaratmadan elektrobusların səmərəli şəkildə tətbiqi mümkün deyil. Məhz buna görə də bizim maliyyə paketlərimiz kompleks yanaşmanı – elektrobusların alınmasına dəstəyi, ixtisaslaşmış depoların tikintisini və zəruri enerji doldurma infrastrukturunun inkişafını nəzərdə tutur", - o qeyd edib.
Bundan başqa, L. O'Qreydinin sözlərinə görə, bu cür layihələrin dayanıqlıq səviyyəsini artırmaq məqsədilə EBRD şəraitin imkan verdiyi yerlərdə depoların günəş panelləri ilə təchiz edilməsi potensialını da nəzərdən keçirir.
"Elektromobillik EBRD-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Əminik ki, qlobal enerji keçidi çərçivəsində məhz bu sahədə əhəmiyyətli effektə nail olmaq və daxili yanma mühərrikli nəqliyyatdan tədricən imtina edilməsinə kömək etmək mümkündür", - o vurğulayıb.
Müsahibənin tam mətni ilə bu linkə keçid edərək tanış olmaq mümükündür.
Oxşar xəbərlər
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır?
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azər...