Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.
Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
- 250-dək tank və digər zirehli texnika;
- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 60-dək hava hücumundan müdafiə vasitələri;
- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 8 silah-sursat anbarı;
- 150-dək avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.
Oxşar xəbərlər
Ermənilərin 6 günə məhv edilən hərbi texnikası - SİYAHI
Ötən gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. BAKU...