Düşmən Tərtərin Şıxarxı qəsəbəsinə top mərmiləri atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələri Tərtər rayonunun yaşayış qəsəbəsini atəşə tutub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən saat 10 radələrindən başlayaraq, artilleriyadan istifadə etməklə rayonun Şıxarxı qəsəbəsinə bir neçə top mərmisi atıb.
Sakinlər "Report"un əməkdaşına bildiriblər ki, ermənilər oktyabrın 31-i gecə saatlarında da Şıxarxı qəsəbəsini atəşə tutublar.
Atəş zamanı yaşayış evlərinə ziyan dəyib, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Qeyd edək ki, əməkdaşımız qəsəbədə çəkiliş edən zaman da rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.
Oxşar xəbərlər
Ermənilər Tərtərdə məktəbə top mərmisi atıb - VİDEO
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gecə - oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tu...