Dünyanın ən çirkli şəhərləri
Bişkek havanın çirklənmə səviyyəsinə görə dünya şəhərləri arasında birinci yerdədir.
Bu barədə havanın keyfiyyət reytinqini dərc edən iqair.com saytı məlumat yayıb.
Məlumata görə, Qırğızıstanın paytaxtında havanın çirklənmə səviyyəsi 306 AQI (havanın keyfiyyət indeksi) təşkil edir ki, bu da “təhlükəli” hədd sayılır. Yerli ekoloqların fikrincə, buna şəhərdə dağlardan gələn küləyin qarşısını kəsən çoxmərtəbəli binaların xaotik inşası və əhalinin qışda evlərini qızdırmaq üçün kömürdən kütləvi istifadə etməsi səbəb olub. Hakimiyyət orqanları problemi həll etməyə çalışsalar da, indiyədək buna nail ola bilməyiblər.
Siyahıda ikinci yerdə Banqladeşin paytaxtı Dəkkə (179 AQI), üçüncü yerdə isə Hindistanın paytaxtı Dehli (176 AQI) qərarlaşıb. Bu şəhərlərdə havanın çirklənmə səviyyəsi “zərərli” kimi qiymətləndirilir.
İlk onluğa həmçinin Hindistanın Kəlkütə və Mumbay, Pakistanın Kəraçi və Lahor, Qananın Akkra, İraqın Bağdad və Özbəkistanın Daşkənd şəhərləri daxildir.
Oxşar xəbərlər
Ən təmiz havası olan ölkələrin adı açıqlandı
İsveçrənin “IQAir” şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, 6475 şəhərdən yalnız 222-nin orta hava keyfiyyəti Ümümdünya Səhiyyə Təşkilatının standartlarına...