Dünyanın ekoloji cəhətdən ən təmiz şəhərləri açıqlanıb
Avstriyanın paytaxtı Vyana dünyanın ekoloji cəhətdən ən təmiz şəhəridir.
BAKU.WS azərtac-a istinadla xəbər verir ki, dünyanın iri şəhərləri bir neçə göstərici üzrə tədqiq olunub. Tədqiqatçılar ictimai yaşıllıq sahələrinin və piyada gəzinti məkanlarının sayı, havanın çirklənmə dərəcəsi, bərpa olunan mənbələrdən enerji və su istifadəsinin həcmi, ictimai nəqliyyatdan istifadə edən insanların sayı kimi göstəriciləri müqayisə ediblər.
Bu göstəricilərə görə, Vyana reytinqin lideri seçilib. Burada park və istirahət zonalarının sayı çoxdur, ictimai nəqliyyat rahatdır. Bununla yanaşı, əhalinin təxminən yarısı ətraf mühiti çirkləndirən şəxsi nəqliyyatdan imtina edib.
Reytinqdə ikinci yerdə Münhen şəhəri qərarlaşıb. Parkların bol olduğu şəhərdə ictimai nəqliyyat sistemi yollarda şəxsi avtomobillərin sayını azaltmağa və havanı təmiz saxlamağa imkan verir.
Siyahıda üçüncü yeri gəzinti məkanlarının çox olduğu və Avropada adambaşına minimal su sərf edildiyi, eyni zamanda inkişaf etmiş ictimai nəqliyyat sisteminin qurulduğu Berlin şəhəri tutub.
Reytinqdə dördüncü və beşinci yerlərdə Madrid və San-Paulu şəhərləri gəlir. Madridin mərkəzində çoxsaylı parklar, botanika bağları və piyada gəzinti zonaları salınıb. Braziliya meqapolisində isə fermer bazarlarının bolluğu müşahidə olunur, əhali isə bərpa olunan enerji mənbələrindən çox istifadə edir.
İlk onluğa həmçinin Mançester, Lissabon, Sinqapur, Amsterdam və Vaşinqton daxil olub.
Oxşar xəbərlər
Uxandan Avropaya qatarların hərəkəti bərpa olunub
Yeni növ koronavirusun (COVID-19) yayılmağa başladığı Çinin Uxan şəhərindən Avropaya yük qatarlarının hərəkəti təxminən iki aylıq fasilədən sonra bərpa olunub....