Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü

04
apr
2020
14:54
Dünyada pandemiya qurbanlarının sayı 60 123 nəfərə yüksəlib.
BAKU.WS-in məlumatına görə, dünyada qeydə alınmış yoluxmaların sayı 1 130 547 nəfərə çatıb.
Qeyd edək ki, Azərbaycanda indiyədək 443 nəfərdə koronavirus aşkarlanıb. Yoluxanların 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib.Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.
Oxşar xəbərlər
Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu
Türkiyədə 601 səhiyyə işçisində COVID-19 aşkarlanıb. BAKU.WS xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. “Ümumdünya Səhiyyə Təşkilatı aşka...