Dünyada koronavirusa yoluxanların sayı 1,7 milyon nəfərə çatır
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün ərzində dünyada koronavirusa yoluxanların sayı 1,699,631 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”ın onlayn statistikasında qeyd olunub.
Virusdan 102,734 nəfər həyatını itirib, 376,327 nəfər isə sağalıb.
Son məlumatlara əsasən, ABŞ-da COVID-19-a yoluxanların sayı yarım milyonu ötüb. 18,747 nəfər isə həyatını itirib. Beləliklə, ABŞ koronavirusa yoluxanların sayına görə liderlik edir.
Böyük Britaniya yoluxanların sayına görə (73,758 nəfər) İranı (68,192) ötərək Çinə (81,953 nəfər) yaxınlaşıb.
Türkiyə isə doqquzuncu pilləyə qalxaraq İrana yaxınlaşır. Belə ki, ölkə ərazində 47,029 yoluxma halı qeydə alınıb.
Oxşar xəbərlər
Koronavirus bu ölkələrdə ən yüksək sürətlə yayılır - SİYAHI
Dünyada koronavirusdan 100 mindən çox insan həlak olub. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə COVID-19 ilə bağlı hesablamalar aparan Cons Hopkin...