Dünya Səhiyyə Təşkilatı yeni koronavirusa rəsmi ad verib

Çində yaranan koronavirusun yeni növünə rəsmi olaraq COVID-2019 adı verilib.
BAKU.WS xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adonom Gebreyesus brifinqdə bildirib. O izah edib ki, CO - “koronavirus”, VI – “virus” və D – “xəstəlik” deməkdir.
Baş direktor, həmçinin yeni koronavirusa qarşı ilk vaksinin yaradılması müddətini də açıqlayıb. Onun sözlərinə görə, vaksin il yarımdan sonra yaradıla bilər.
Xatırladaq ki, Çində koronavirusun yeni növünün səbəb olduğu xəstəlik barədə açıqlama 2019-cu il dekabrın 31-də verilib. Həmin müddətdən bəri ölkədə bu virusa yoluxan insanların sayı 42 min nəfəri, ölənlərin sayı isə min nəfəri ötüb. Rəsmi adı ilə desək, COVID-2019 iyirmidən çox ölkəyə yayılıb.
Oxşar xəbərlər
Çində ölümcül koronavirusa yoluxanların sayı artır - 1113 ölü
Çində dünyanı dəhşətə gətirən ölümcül koronavirusa yoluxanların sayı durmadan artır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, virus Çinin bütün əyalətl...