Dünyanı vahiməyə salan ölümcül virusa yeni ad verildi - VİDEO

Dünyanı vahiməyə salan ölümcül virusa yeni ad verildi - VİDEO
Foto Video
Siyasət 1116

Çində dünyanı dəhşətə gətirən ölümcül koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, virus Çinin bütün əyalətlərinə yayılıb.

Beləliklə də, ölkədə "nCoV" virusundan əziyyət çəkənlərin sayı 37 minə, virusdan ölənlərin sayı isə 813 nəfərə çatıb.

Qeyd edək ki, "nCoV" virusuna yeni ad verilib. Bundan sonra virus "Yeni koronavirus pnevmaniyası" (NCP) adlandırılacaq.

Xatırladaq ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.

Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.

Son xəbərlər