Dünya Bankından Türkiyə iqtisadiyyatına 35 milyardlıq dəstək

Dünya Bankından Türkiyə iqtisadiyyatına 35 milyardlıq dəstək
Siyasət 3

Dünya Bankı yaxın 3 ildə Türkiyə üçün 35 milyard dollar ayırmağı nəzərdə tutur.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının Türkiyə üzrə direktoru Humberto Lopez bildirib.

"Davam edən 17 milyard dollarlıq proqramımıza əlavə olaraq, üç il ərzində 18 milyard dollarlıq yeni əməliyyatlar hazırlayıb Dünya Bankının İdarə Heyətinə təqdim etməyi gözləyirik", - deyə o əlavə edib:

“Hesab edirik ki, Türkiyə Mərkəzi Bankının (TCMB) həyata keçirdiyi pul siyasətinin sərtləşdirilməsi, Maliyyə Nazirliyi tərəfindən fiskal kəsirin azaldılması istiqamətində həyata keçirilən tədbirlər düzgün istiqamətdə atılan addımlardır".

Son xəbərlər