DTX və DİN-dən Şuşada birgə əməliyyat

DTX və DİN-dən Şuşada birgə əməliyyat
Siyasət 148

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Bununla bağlı DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisində 30 ədəd müxtəlif növ qumbara, 10 ədəd qumbaraatan mərmisi, 30 ədəd UZRQM partladıcısı, 1441 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər