DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb

DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb
Siyasət 12

Azərbaycanın informasiya resurslarına son dövrlərdə kiberhücumlar həyata keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini Həsən Mansurov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.

Onun sözlərinə görə, kiber və texnoloji imkanlar geosiyasi təzyiq mexanizminə çevrilib:

"Bu hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real təhdidlər yarada biləcəyini göstərir. Ümumiyyətlə, dünya hələ misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır".

DTX rəsmisi qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və kommunikasiya əlaqələrində mühüm mövqeyə malikdir:

"Bu infrastrukturların kibertəhlükəsizliyi təkcə ölkəmizin milli maraqlarına deyil, həm də beynəlxalq enerji təchizatına, ticarətə və iqtisadi əlaqələrə təsir göstərə bilər".

Son xəbərlər