DTX-nın həbs etdiyi Nicat Hüseynovun həbs müddəti uzadılıb
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.
Məhkəmənın qərarına əsasən, Nicat Hüseynovun həbs müddəti 2 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov DTX tərəfindən bu ilin martın 4-də şübhəli şəxs qismində saxlanılıb və DTX tərəfindən ona qarşı AR Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib
Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binas...