DSX Ermənilərin Azərbaycan vətəndaşını saxlaması barədə məlumat yayıb
16
mar
2019
14:33
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi Azərbaycan vətəndaşının Ermənistan hərbçiləri tərəfindən saxlanması barədə məlumatlara münasibət bildirib.Mətbuat Mərkəzindən BAKU.WS-ə bildirilib ki, Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb."Bu məlumatla əlaqədar Dövlət Sərhəd Xidməti bildirir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınmış, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.Hal-hazırda araşdırma işləri davam edir", - deyə məlumatda qeyd olunur.Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşının tutulduğu barədə məlumat yayıb. Tutularkən erməni əsgərlər onu ayağından yaralayıblar.BAKU.WS
Oxşar xəbərlər
Sərhəd pozucusu xəbərdarlıq atəşindən sonra saxlanılıb – FOTO
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.DSX-dən BAKU.WS-ə verilən məlumata...