Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat
27
sen
2018
21:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə yeni müdir təyin edilib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elbrus Abbasov Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin müdiri vəzifəsindən azad edilərək bu vəzifəyə Uğur Qurbanzadə təyin edilib.Qeyd edək ki, Uğur Əlövsət oğlu Qurbanzadə 1991-ci ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olub. Lənkəran Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. Bu vəzifəyədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.BAKU.WS
Oxşar xəbərlər
Sahil Babayevdən YENİ TƏYİNAT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 11 saylı Salyan Rayon Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Mahir Nadir oğlu Şükürov işdən çıxarılıb.BAK...