Dövlət Departamenti İranı hədələyib
“ABŞ və müttəfiqləri Tehranın Moskvaya ballistik raketlər ötürəcəyi təqdirdə İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır”.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bəyan edib.
“Biz və tərəfdaşlarımız həm Yeddilik Qrupunun, həm də NATO-nun bu yay sammitlərində aydın şəkildə ifadə etdiyimiz kimi, İran ballistik raketlərin ötürülməsi baxımından irəliləyəcəyi təqdirdə, birlikdə tez və güclü şəkildə Tehrana cavab verməyə hazırıq. Çünki, bu, İranın Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə dəstəyinin köklü şəkildə artması demək olardı”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
İran və İsrailin orduları nə qədər güclüdür? Tehranın ən zəif yeri... - FOTO
İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də İsrail və İran ordularının nə qədər güclü olmasıdır. BAKU.WS hər iki ölkənin orduları h...