Dövlət başçısı və xanımı İmarət kompleksində olublar

Dövlət başçısı və xanımı İmarət kompleksində olublar
Siyasət 160

Prezident İlham Əliyev “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.

BAKU.WS xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri çərçivəsində baş tutub.

Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.

Son xəbərlər