Donuz ürəyi köçürülən ikinci insan öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın ikinci donuz ürək transplantasiyası pasiyenti Lourens Fosett ABŞ-də vəfat edib.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Merilend Universitetinin Tibb Mərkəzi bəyanat yayıb.
Onun son mərhələ ürək çatışmazlığından əziyyət çəkdiyi qeyd edilir. O, donuz ürəyinin transplantasiyasına razılıq verib, bundan sonra o, təxminən altı həftə yaşayıb.
"Böyük kədər hissi ilə dünyada ikinci geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası əməliyyatı keçirmiş, terminal ürək xəstəliyi olan Hərbi Dəniz Qüvvələrinin 58 yaşlı veteranı Lourens Fosett vəfatını elan edirik", - bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
Sevdiyi ərindən şiddət gördü, xərçəngə məğlub oldu - “Rokun kraliçası” haqqında bilinməyənlər - FOTO
Dünya musiqi tarixində bir çox məşhurlar var ki, onlar öldükdən sonra da xatırlanır, yada salınır və mahnıları sevilərək dinlənilir. Ötən gün vəfat edən tanınmı...