BMT: Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir - STATİSTİKA
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə statistik məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”ndə yer alıb.
Məlumata görə, Ermənistanda 500 min insan qida çatışmazlığı ilə üzləşib.
Qeyd edilir ki, hazırda Ermənistan əhalisinin sayı 3 milyon nəfərdir.
Eyni zamanda, qeyd edilir ki, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı daha 10 min nəfər artıb.
Xəritəyə əsasən, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qida çatışmazlığından əziyyət çəkir.
Oxşar xəbərlər
Kolumbiya aclıq böhranını yumşaltmağa çalışır
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə Kolumbiyada 13,5 milyon nəfərin sağlam qidalanmaq imkanı yoxdur, daha 4,2 milyon nəfər doy...