Donald Trampın impiçmentini dəstəkləyən qətnamə qəbul edilib

31
okt
2019
22:43
ABŞ Konqresinin Nümayəndələr palatası daha əvvəl Demokratlar partiyası tərəfindən başlanmış Prezident Donald Trampın impiçment proseduru çərçivəsində ilk səsvermə keçirib.BAKU.WS TASS-a istinadən xəbər verir ki, Konqresin aşağı palatası Prezident Donald Trampın impiçmenti məsələsi üzrə demokratların başladığı təhqiqat prosedurunu rəsmi dəstəkləyən qətnaməni bəyənib. Qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib. Onun qəbul olunması üçün 218 nəfərin sadə çoxluğu tələb olunurdu.
Oxşar xəbərlər
ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı
ABŞ-ın Ankaradakı səfiri Deyvid Satterfild ABŞ Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini qəbul etməsi ilə bağlı Türkiyə Xari...
