Dəniz Baykalın intim görüntülərinə görə 120 nəfər barəsində həbs qərarı çıxarıldı

Dəniz Baykalın intim görüntülərinə görə 120 nəfər barəsində həbs qərarı çıxarıldı
Siyasət 1397
 

Keçmiş CHP sədri Dəniz Baykal və bəzi MHP-li millət vəkillərinin intim görüntülərinin yaylılması ilə bağlı  Ankara Respublika Prokurorluğu 120 nədfərin həbsinə sanksiya verib.

BAKU.WS xəbər verir ki, onlardan 31-i başqa cinayətlərə görə artıq həbsdədirlər. 36 nəfər isə keçirilən əməliyyat zamanı saxlanılıb. Digərlərinin isə barəsində axtarış elan olunub. 

Ümumilikdə bu işlə bağlı 170 nəfər şübhəli müəyyən olunub. Onlardan 50 nəfərinin sadəcə ifadəsinin alınması nəzərdə tutulur. 

Qeyd edək ki, 2010-cu il mayın 7-də CHP-nin sabiq sədri Dəniz Baykalın partyadaşı, keçmiş millət vəkili Nəsrin Baytokla seks videosu olduğu iddia edilən görüntülər internetdə yayımlanmışdı. Nəticədə Baykal partiyanın sədrliyindən istefa vermək məcburiyyətində qalmışdı. Bundan sonra video araşdırılması üçün Beynəlxalq Kriminal Bürosuna göndərilib və görüntülərin montaj olduğu bildirilib. 

BAKU.WS

Oxşar xəbərlər

Məclisdə əməliyyat: 30 nəfər ifşa olundu

Məclisdə əməliyyat: 30 nəfər ifşa olundu

Türkiyədəki hərbi qiyamdan sonra başlanan təmizləmə əməliyyatı Böyük Millət Məclisinə də çatıb. BAKU.WS xəbər verir ki, bu gün TBMM-də keçirilən əməliyyat zam...

838 Siyasət 14:10 20 iyul 2016

Son xəbərlər